Mojo.az Banner
12:53 Əlində protexniki vasitə partladı - 13 yaşlı uşağın barmağı amputasiya edildi  |     12:53 "Brent"in qiyməti 100 dollardan aşağı düşüb  |     12:49 Beyləqanda 65 yaşlı kişi faciəli şəkildə öldü  |     12:46 İsrail Tehrandakı iki raket zavoduna ZƏRBƏLƏR ENDİRDİ  |     12:40 Bakıda və Abşeron yarımadasında yağıntı GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ  |     12:35 Qızıl təxminən dörd faiz BAHALAŞDI  |     12:33 10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR  |     12:31 Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir  |     12:29 Bəzi yerlərdə YAĞIŞ YAĞIR: Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır  |     12:22 Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb - Video (Yenilənib)  |     12:10 Nazirlikdən hava şəraiti ilə bağlı ƏHALİYƏ MÜRACİƏT  |     12:07 Tərtərdə DƏHŞƏTLİ QƏZA: QARDAŞLAR ÖLDÜLƏR, yaralılar var (Yenilənib)  |     12:01 Azərbaycan nefti ucuzlaşıb  |     11:58 Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi  |     11:44 Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - Video  |     11:38 "Volkswagen" 100 minə yaxın elektromobili geri çağırır  |     11:35 Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və digər məşhurlar saxlanıldılar  |     11:13 Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO  |     11:12 İran regionda yeni ittifaq qurur  |     23:00 Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü  |    
Left Banner
Right Banner

Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qızla bağlı YENİ XƏBƏR

23.11.2018 12:53 2 074
Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qızla bağlı YENİ XƏBƏR
Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən, pulları və maşını oğurlanan qadın mətbuata müraciət edib.

Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Aysel Rufullayeva Binə Ticarət Mərkəzində tanış olduğu və qeyri-rəsmi nikahda yaşadığı 1992-ci il təvəllüdlü Rüstəmov Xəzər Yaşar oğlunun onun pullarını və bahalı əşyalarını oğurladığını, özünü insanların gözü qarşısında döydüyünü bildirib.

Şikayətçinin sözlərinə görə, təxminən 3 ay əvvəl iş yoldaşı olan qadının oğlu Xəzər Rüstəmovla tanış olub və aralarında isti münasibətlər yaranıb. Bundan sonra həmin şəxs Ayselin etibarından sui-istifadə edərək ona məxsus "Mercedes A 160” markalı avtomobili satdıraraq öz adına "Hyundai Accent” markalı başqa avtomobil aldırıb. A.Nurullayeva qeyd edib: "Xəzərin anası mənə elə yaxşı münasibət göstərirdi ki, sonradan başa düşdüm ki, onlar dələduzluqla məşğuldurlar. Mənim maşınımı satdırdılar. Təzə avtomobil alarkən Xəzərin rayon qeydiyyatında olduğu və zamin dura bilməyəcəyi üzə çıxdı. Məni inandırıb təzə maşını onun adına qeydiyyata saldırdılar. Lakin bir müddət sonra o, mənim pulumla alınan və mənə məxsus olan avtomobili qaçırdı. Ticarət mərkəzində ondan maşınımı tələb etdikdə məni vəhşicəsinə döydü, daha sonra ikinci mərtəbənin pilləkənindən yerə atdı. Həmin vaxt ağır xəsarətlər aldım. Böyük çətinliklə avtomobilimi geri ala bildim, amma maşının qabaq hissəsi vurulmuşdu, yenidən xeyli xərc çəkməli oldum. Bundan başqa Xəzər mənim 700 manat pulumu, mağazadakı pərdələrimi, geyimlərimi oğurlamışdı. Həmin əşyalar və pul geri qaytarılmadı”.

Qeyri-rəsmi nikahda yaşadığı şəxsin əməllərindən şikayətçi olan qadın bildirib ki, onun xəsarətləri ilə bağlı ekspertiza təyin edilib və rəy verilib. Lakin geridə qalan müddətdə Xəzər Rüstəmov məsuliyyətə cəlb edilməyib. A.Rufullayeva iddia edib ki, istintaq onun Xəzərlə barışaraq məsələyə son qoyulmasına çalışır.

Zorakılıqla qarşılaşmış qadının şikayəti üzrə 10-cu Polis Bölməsində araşdırma aparılır.

///Publika.azскачать dle 11.3
Mojo.az Banner