Mojo.az Banner
23:01 “WhatsApp”da yeni dönəm – Nömrəniz görünməyəcək  |     22:48 "Meta" yeni süni intellekt modelini təqdim etdi  |     22:40 Dünyanın ən varlıları yayda hara gedir? - 5 məkan  |     22:35 Numan Kurtulmuş: "Azərbaycan-Ermənistan yaxınlaşması müsbət və önəmlidir"  |     22:29 Sabunçuda evləri, həyətləri kanalizasiya suyu basıb - Video  |     22:23 Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edildi - Video  |     22:18 Binəqədidə "Qarabağ" kafesində "iPhone" oğurluğu  |     22:10 Qlobal təsir Azərbaycanda da bu məhsulları bahalaşdıracaq - İqtisadçı açıqladı  |     22:04 Cins şalvar seçimi: 50 yaşdan yuxarı qadınlar üçün əsas məsləhətlər  |     21:59 Dünyanın ən "yaşıl" şəhərləri açıqlandı: Ən çox park və meşə olan yerlər  |     21:52 Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzdu  |     21:47 Bu ərazilərdə işıq olmayacaq  |     21:43 Bu iPhone modellərində "Telegram" işləmir  |     21:37 Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər  |     21:30 Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA - 100 min...  |     21:24 Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib  |     21:16 AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq  |     21:11 Azərbaycanın vitse-konsulu Yekaterinburqda azərbaycanlı məhbuslarla görüşdü  |     21:04 Şeyx 10 milyon dollara dünyanın ən gözəl atını aldı - VİDEO  |     20:56 Dünya çempionu vəfat etdi  |    
Left Banner
Right Banner

YENİ QAYDA - mağazadan aldığınız məhsulun ƏDV-sinin 15% geri qaytarılacaq

19.11.2018 16:38 5 886
YENİ QAYDA - mağazadan aldığınız məhsulun ƏDV-sinin 15% geri qaytarılacaq
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarıla bilər.

“Report” bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

“Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir”,- layihədə qeyd olunub.

Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.

Həmçinin 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.

Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.скачать dle 11.3
Mojo.az Banner