Mojo.az Banner
19:43 Ötən gün 2 avtomat silah, 6 tüfəng aşkarlandı  |     19:38 Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü  |     19:30 Şəxsi avtomobillərini saxlamaq üçün yerləri zəncirlədilər - VİDEO  |     19:24 Kanaldan su götürmək istədi - Boğulub öldü  |     19:15 Bakı Qızlar Universitetinin tələbələri köçürüldü  |     19:10 Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı  |     19:04 İstanbul polisi silah qaçaqmalçılığının qarşısını aldı: 120 ədəd tapança ələ keçirildi  |     18:57 O da “Qarabağ”dan ayrıldı (FOTO)  |     18:36 Trampın çıxışlarının məzmununa pul qoyuluşu edən şəxs cərimələndi  |     18:20 15 azərbaycanlının olduğu gəmiyə hücum diplomatik gərginlik yaratdı  |     18:05 Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu  |     17:44 Bakı və Abşeronun bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır  |     17:38 Xətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu  |     17:15 Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı  |     17:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:57 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU  |     16:47 Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     16:44 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     16:42 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları  |     16:22 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO  |    
Left Banner
Right Banner

Leyla Əliyeva hindistanlı mistikin kitab təqdimatında - FOTO

10.11.2018 13:43 5 027
Leyla Əliyeva hindistanlı mistikin kitab təqdimatında - FOTO
Noyabrın 9-da Bakı Kitab Mərkəzində məşhur hindistanlı yoqin və mistik Sadhquru (Caqqi Vasudev) ilə görüş və onun “Mənəvi quruculuq” kitabının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Median.Az
xəbər verir ki, təqdimat mərasimi Sadhqurunun insanın mənəvi quruculuğuna dair məzmunlu fikirləri ilə yadda qalıb.

Hindistanlı yoqin və mistikin fikrincə, dünyada sülh, sevinc içində yaşamaq üçün insanlar çox ciddi çağırışlar edir və sadə olanı tez-tez mürəkkəbləşdirirlər:

“Uşaqların bilikləri daha az olsa da, onlar həyatdan zövq ala bilirlər. Bu isə o deməkdir ki, böyüklər öz bilikləri və dünyagörüşləri ilə sevinc üçün daha çox səbəb tapa bilər və həyatdan daha asanlıqla, uşaqlardan ikiqat, üçqat çox zövq ala bilərlər”.

Onun sözlərinə görə, insanların keçirdikləri iztirabın iki səbəbi var: yaddaş və sərhədsiz təxəyyül. Yoqin və mistik hesab edir ki, insan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.

Sadhquru daha sonra auditoriyanın suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycana ilk dəfə gələn Sadhquru noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Mərkəzdə təşkil olunacaq mühazirə də “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusuna həsr olunub.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub.

Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.











скачать dle 11.3
Mojo.az Banner