Mojo.az Banner
16:57 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU  |     16:47 Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     16:44 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     16:42 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları  |     16:22 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO  |     15:57 Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü  |     15:50 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu  |     15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |     13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |     13:21 Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü  |     13:19 Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO  |    
Left Banner
Right Banner

DİQQƏT! Parklarda QİÇS təhlükəsi - Skamyalara qanlı iynə bərkidirlər - FOTO

09.11.2018 18:37 5 566
DİQQƏT! Parklarda QİÇS təhlükəsi - Skamyalara qanlı iynə bərkidirlər - FOTO
Abşeron rayonu, Xırdalan şəhərində yaşayan sakinlərdən biri istirahət üçün parka gedib. Oturmaq üçün skamyalardan birinə yaxınlaşan qadın dəhşətli mənzərə ilə qarşılaşıb.

Median.Az
femida.az-a istinadən xəbər verir ki, naməlum şəxs parkdakı skamyaların kənarlarına içi və uc hissəsi qanlı şprits başlıqları bərkidilib. Xanım başqa bir skamyada oturmaq istəyərkən yenə eyni mənzərə ilə qarşılaşıb. Təbii ki, bunun hansı məqsədlə edildiyi açıq-aşkar ortadadır: xəstəliyini başqasına keçirmək.

Adətən belə addımı QİÇS xəstələri atır. Hansı ki, narkomaniyaya qurşanmış bu şəxslər mütəmadi olaraq iynə vasitəsi ilə narkotikdən istifadə edirlər. Daha sonra iynələrin başlıqlarını çıxarır və skamyalara bu formada bərkidirlər. Nəticədə başqa bir şəxs burada oturan zaman iynə asanlıqla həmin şəxsə batır. İynənin qanlı olması xəstəliyin sağlam adama keçmə ehtimalını daha da artırır.

Psixoloji araşdırmalar nəticəsində də sübut olunub ki, belə xəstələr öz xəstəliyinin başqalarına keçməsində maraqlı olurlar.

Qeyd edək ki, bu cür addımı atan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Vəkil Ziya Bağırov Femida.az-a açıqlamasında bunu diqqətə çatdırıb:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Əziz vətəndaşlar, bu cür əməllər kütləvi şəkildə əhalini virusa yoluxdurmağa hesablanıb. Siz də istənilən mühitdə ehtiyatlı olun. Xüsusilə uşaqları parklarda və digər ictimai yerlərdə nəzarətsiz qoymayın. Bu cür hallarla qarşılaşdığınız zaman dərhal polisə məlumat verin.





скачать dle 11.3
Mojo.az Banner