Mojo.az Banner
Left Banner
Right Banner

Yağışlı hava Bakıda qəzalara səbəb oldu

08.11.2018 12:04 3 304
Yağışlı hava Bakıda qəzalara səbəb oldu
Yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə oxu.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə almayaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:

“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”.скачать dle 11.3
Mojo.az Banner