Mojo.az Banner
23:00 Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü  |     22:51 BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub  |     22:42 Maşınını təmir edərkən xəstəxanalıq oldu  |     22:32 Azərbaycan içki ixracını 10%-dən çox artırıb  |     22:19 Ötən gün 8 kq-dan çox narkotik vasitə aşkarlanıb  |     22:11 Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi  |     21:49 Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanacaq  |     21:40 Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     21:30 "Yeni vəziyyətə hazırlıqlarımızı görmüşük" - Ərdoğan  |     21:04 Antuan Qrizman komandasını dəyişdi  |     20:44 Filippində fövqəladə vəziyyət rejimi elan edildi  |     20:27 İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama  |     20:26 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  |     20:04 Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?  |     19:49 Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır  |     19:41 "QatarEnergy" fors-major elan etdi  |     19:36 XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki  |     19:35 Qazaxın Daşsalahlı kəndində açıq ərazidə YANĞIN - Video  |     19:25 İsrail İrana 3 mindən çox zərbə endirib  |     19:17 Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb  |    
Left Banner
Right Banner

Azərbaycanda hücum pulemyotunun istehsalına başlanıldı

06.11.2018 16:35 2 027
Azərbaycanda hücum pulemyotunun istehsalına başlanıldı
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 7,62x54 mm. çaplı HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb.

Nazirlikdən verilən məlumata görə, hücum pulemyotunu yerli mütəxəssislər hazırlayıb və sınaqları uğurla başa çatdırılıb.

Bildirilib ki, silah bu ilin sentyabrında Azərbaycanda keçirilən "ADEX-2018" üçüncü Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilib, iştirakçılar və ziyarətçilərin böyük marağına səbəb olub.

HP-7,62 tipli hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

HP-7,62 tipli hücum pulemyotundan atəş ikiayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilik yayıcı sipər, yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən "Pikatinni” tipli tamasalar (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəfgöstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu patron qutulara yığılır. Pulemyotdan atəş aparmaq üçün 7,62x54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur.

HP-7,62 tipli hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650-750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8,6 kiloqramdır.

Hücum pulemyotu istənilən hava şəraitində ətraf mühitin ±50ºC temperatur diapazonunda istismar oluna bilər.скачать dle 11.3
Mojo.az Banner