Mojo.az Banner
22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |    
Mojo.az Avto
Mojo.az Avto

"Xəzər TV”dən Tahir İmanova cavab: “Zibil yeşiyi..." - VİDEO

05.11.2018 11:36 4 758
Azərbaycanın əməkdar artisti. Çox təmtəraqlı səslənir. Bu adı almaq qədər onu daşımaq da məharət istəyir. Amma deyəsən aktyor Tahir İmanov bu adın verdiyi məsuliyyət yükünün altında əziyyət çəkir. Əgərə belə olmasaydı öz tükənmişliyiniin günahını başqalarında axtarmazdı.

Tahir İmanov bugünlərdə mətbuata açıqlama verib və öz ağlınca baltanı kökündən vurub. Ki, bəs, Azərbaycanın bütün özəl TV kanallarını zibil yeşiyinə atardım. Səbəbini də deyib: güya bu kanalların hamısı ucdantutma onun kimi istedadları başa düşəcək səviyyədə deyilmiş.

Bu şəxs daha sonra bir az da irəli gedərək iddia edib ki, hazırda Azərbaycan mediasının 95%-i sarı mediadır. Yəni ona inansaq ölkədə ciddi media yox imiş.

Bəs, belə iddiaları dilə gətirməyə onu vadar edən nədir? Deyir ki, sonuncu konsertimizə çağırdığımız jurnalistlər konsertdən deyil, başqa şeylərdən yazıblar. Biz də sual edirik: niyə? Cavab sadədir: ona görə ki, təqdim edilən konsert sadəcə gözlənilən marağı doğurmayıb. Bu da bu adamın istedadının tükənməsinin sübutu ola bilər.

İstedadın tükənməsindən söz düşmüşkən, Tahir İmanov deyir ki, son illər ərzində filmlər çəkiblər, amma arzu olunan diqqətlə qarşılaşmayıblar. Elə bu faktın özü bir daha sübut edir ki, istedad tükənib, ictimai maraq dairəsi daralıb. Ona görə də media artıq bu adamların tamaşalarına əvvəlki kimi diqqət göstərmir. Yəni belə bir şəxsin özünün tükənməsini dərk etmək yerinə durub Azərbaycan mediasının 95 faizini günahlandırması, jurnalistləri az qala ucdantutma savadsız elan etməsi artıq onun özünün problemli olmasından xəbər verir.

Və sonda. Tahir İmanov doğurdanmı hesab edir ki onun məhşurlaşmasında, təmaşaçı rəğbəti qazanmasında lap elə bu əməkdar artist adını almasında indi zibil yeşiyinə atmağa hazır olduğu mətbuatın eləcə də özəl televiziyaların rolu olmayıb.

Əgər aktyor tükənibsə ortaya yeni maraqlı heç nə çıxara bilmirsə tamaşaçı özü onu zibil yeşiyinə atır. Əgər Tahir İmanov şənliyini və hazırcavablığını itiribsə burada televiziyaları günahlandırmaq ən azı çörəyi dizinin üstündə olmaqdır.
///xezerxeberскачать dle 11.3
Mojo.az Banner