Mojo.az Banner
22:55 Azərbaycanda pensiya sistemi tam dəyişə bilər  |     22:48 Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var  |     22:40 Sakinlərin yaşayışını kabusa çevirən RESTORAN  |     22:30 Yüksək empatiya və dinləmə bacarıqları ilə seçilən BÜRCLƏR  |     22:21 Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq  |     22:14 Yeni "Covid" Kabusu: 23 ölkədə sürətlə yayıldı  |     22:04 Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək  |     21:50 “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi  |     21:43 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:37 Evi su altında qalan bəzi sakinlər hotellərə yerləşdirilib  |     21:29 Şəkidə evdə partlayış - Xəsarət alanlar var - Video  |     21:22 Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi  |     21:15 26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı  |     21:10 Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR  |     21:03 Starlink peyki orbitadan çıxaraq partlayıb  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:51 Xalq artisti: "Bizə gündə 25, mindiyimiz atlara 50 manat verirdilər"  |     20:44 Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır  |     20:38 Sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşdi  |    
Left Banner
Right Banner

Bəhram Bağırzadə: “Genetika güclü bir şeydir və bununla mübahisə etmək olmaz!” - VİDEO

30.08.2021 17:58 1 389
Bəhram Bağırzadə: “Genetika güclü bir şeydir və bununla mübahisə etmək olmaz!” - VİDEO
Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə özünün “Facebook” səhifəsində Xəzər dənizinin sahilindəki zibil tullantılarını videoya çəkərək ictimaiyyətə müraciət edib.

“Dənizi zibilləməyin. Axı, bu dəniz bizim sərvətimizdir”, - deyə tanınmış aktyor videoda bildirib.

Bəhram Bağırzadə həmçinin bu gün avtomobili ilə bağdan şəhərə doğru hərəkət edərkən sürücülərdən birinin mənfi davranışını təsvir edib:

“Qarşımdakı maşının pəncərəsindən zibil atıldığını gördüm. Xeyr, bu nə siqaret kötüyü, nə konfet kağızı, nə də boş bir şüşə butulkası idi. Bu, zibil dolu bir sellofan idi!”, - B.Bağırzadə vurğulayıb.

Fikrinin davamında aktyor özünə nə zamansa belə bir davranışa yol verib-vermədiyini sual edib.

“Düşündüm, xatırlamağa çalışdım və özümə vicdanlı bir cavab verdim – xeyr. Düşüncələrim daha da uzağa getdi – niyə yox, sən məgər xüsusi bir insansan, hamıdan fərqlisən? Xeyr, mən bütün mənfi və müsbət cəhətlərimlə adi bir insanam, amma kənara zibil atmaq mədəniyyətsizliyindən əziyyət çəkmirəm. Və ona görə yox ki, mən xüsusiyəm! Ona görə ki, mənim nənəm və babam, anam və atam xüsusi insanlar idilər. Onlar bizə nə evi, nə küçəni, nə də başqa yeri zibilləməyə icazə verirdilər və uşaqlar həmişə şüuraltında evdə gördüklərini təkrarlayırlar. Genetika güclü bir şeydir və bununla mübahisə etmək olmaz!” – Bəhram Bağırzadə gördüyü neqativ mənzərəni təsvir edərkən yazıb.
скачать dle 11.3
Mojo.az Banner