Mojo.az Banner
22:58 Gilas hansı xəstəliklərdən qoruyur?  |     22:50 64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı  |     22:48 Mourinyo onları "Real"da görmək istəmir  |     22:44 Polşanın axtarışa verdiyi azərbaycanlı həbs olundu  |     22:36 Seçkilərin yekun nəticələri sabah açıqlanacaq  |     22:29 2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular  |     22:21 Kommunal xidmətlərə hansı bölgələrdə nə qədər pul xərclənir? (SİYAHI)  |     22:17 Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edildi  |     22:11 Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər? (VİDEO)  |     22:04 Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI (Yenilənib)  |     21:58 Şəhid anası vəfat etdi  |     21:51 Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıtdı  |     21:44 Ramiz Mehdiyevin ailə bankı BOKT oldu  |     21:39 Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu  |     21:30 Türkiyə Ermənistanla SƏRHƏDİ AÇDI  |     21:25 Qazaxıstanda internetlə bağlı qaydalar sərtləşdirilir: Söyüş yazanlar cərimə oluncaqlar  |     21:18 Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? (VİDEO)  |     21:10 Fransada "Puşkin Əməliyyatı" - Kitab oğruları həbs edildi  |     21:05 Millimiz dünya çempionu oldu  |     20:58 Toylarda spirtli içki ləğv olunur? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Azərbaycanda rüşvətxor məmur işdən çıxarıldı

31.10.2018 12:30 3 605
Azərbaycanda rüşvətxor məmur işdən çıxarıldı
Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən vəzifəsindən sui-istifadə edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, o, “Toyota Camry” markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb.

Davud Rövşən oğlu Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub.

Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.скачать dle 11.3
Mojo.az Banner