Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda həkim səhlənkarlığı daha bir can aldı - Meyit ortalıqda qaldı

19.10.2018 18:38 3 132
Bakıda həkim səhlənkarlığı daha bir can aldı - Meyit ortalıqda qaldı
Bakı şəhər sakini Nazilə Əhmədova həkim laqeydliyi üzündən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Median.Az
xəbər verir ki, bu barədə qaynarinfo-ya mərhumun qızı Nərmin Əhmədova məlumat verib.

"Dünən gecə saat 2-nin yarısında anamın vəziyyəti anidən pisləşdi və təcili yardım çağırdıq. Təcili Tibbi Yardım pul aldıqdan sonra anamı Respublika Kliniki Xəstəxanasına gətirdi. Qeydiyyat üçün 10 manat verdik. Sonra onu reanimasiya şöbəsinə yerləşdirdilər. Rasim adlı həkim xəstəyə baxdıqdan sonra vəziyyətinin ağır olduğunu, gecə növbəsi olduğundan xəstəyə baxmağın çətin olduğunu dedi. Biz də hər cür "hörmət" edəcəyimizi, təki anama yaxşı baxılmasını, hətta lazımdırsa, başqa bir xəstəxanaya köçürülməsini istədik. "Narahat olmayın" deyib, getdi" - deyə Nərmin Əhmədova bildirib.

Onun sözlərinə gərə, gecə saat 05.00 radələrinə qədər xəstə haqda heç bir məlumat verilməyib, nə kompüter tomoqrafiya, nə də exo kordioqrama edilməyib:

"Təkcə qan analizi götürüblər. Onu da pul aldıqdan sonra ediblər. Səhər saat 5-də məlumat verdilər ki, vəziyyəti yaxşıdır, təzyiqi də normaya düşüb. Səhərə qədər orada gözlədik. Amma əlavə heç bir məlumat vermədilər. Davamlı olaraq mühafizəyə pul, ora pul, bura pul... Bu şəkildə xəbər gözləyirdik. Saat 1-in yarısında qohumlarımızdan biri yanına girəndə görüb ki, qadının bədəni gömgöydür. Onda dedilər ki, xəstə indicə keçindi və heç nə edə bilmədik".

Nərmin Əhmədova bildirb ki, Səhiyyə Nazirliyinə və xəstəxana rəhbərliyinə müraciət etsələr də, laqeyidliklə üzləşiblər:

"Səhiyyə Nazirliyinə müraciət etdik, xəstəxananın baş həkimi Telman İbadovun, müavininin yanına getdik, amma çox laqeyd şəkildə münasibət göstərdilər. Xəstə ölüb, amma bunların veclərinə deyil. Reanimasiyada 15-20 nəfər ağır xəstə də var. Onlar da baxımsız vəziyyətdədirlər. Anamın meyiti də eləcə, reanimasiya bölməsində, ortalıqda qalıb, baxan yoxdur. Heç bir müdaxilə olmadığı üçün xəstə 8-10 saat ərzində vəfat etdi".

Son xəbərlər