Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI

16.10.2018 13:37 5 419
“Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI
“Xəzər dənizinin sahili, bura yaxın ərazilər üçün xüsusi layihə işləyib hazırlamışdım. Layihədə dənizə yaxın yerlərin, sahilboyu ərazilərin yalnız istirahət, çimərlik məqsədilə istifadəsi nəzərdə tutulurdu”.

Median.Az
modern.az-a istinadən xəbər verir ki, Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovanın fikrincə, heç bir halda dənizə yaxın yerlərdə yaşayış binalarının, xüsusilə, çoxmərtəbəli tikililərin yerləşməsi məqsədəuyğun deyil:


“Dənizdən bir qədər aralı, yuxarı hissələrdə isə kiçik yaşayış yerlərinin salınması, terras evlərin tikilməsi layihəmdə qeyd olunmuşdu. Süxurların xassələrindən asılı olaraq, yuxarı hissələrdə yaşayışa icazə verilə bilər. Lakin bütün bu təkliflərimə diqqət yetirilmədi. Əvəzində çoxmərtəbəli binalar tikildi. Üstəlik, dənizə kifayət qədər yaxın, aşağı hissələrdə bu binalar ucaldıldı.


Hazırda Əhmədli ərazisində də dənizə yaxın yerlərdə sürüşmə təhlükəsi var. Hər hansı gözlənilməz hadisə baş verərsə, sürüşmə yaranarsa, Əhmədlinin dənizkənarı hissələri ciddi təhlükə ilə qarşılaşacaq.


Bundan başqa, Xırdalan ərazisi də az qala çökmə ilə üz-üzədir. Heç kimin xəbəri yoxdur ki, Xırdalanın yerləşdiyi ərazidən, torpağın alt qatlarından çoxlu çaylar axır. Xırdalan demək olar, batır. Dediyim kimi, bir fövqəladə hal, tektonik təkanlar, sürüşmələr baş verərsə, bu ərazilərdə yaşayış iflic hala düşə bilər”.


Z. Budaqovanın sözlərinə görə, Azərbaycan şəhərlərindən yalnız Sumqayıt müəyyən qədər şəhərsalma qanunlarına uyğun salınıb:


“Bu şəhərdə binalar bir-birindən uzaqdır, dəniz kənarında çoxmərtəbəli binalar yoxdur. Küçələr enli, genişdir. Buna görə, Sumqayıt bünövrə baxımından daha möhkəmdir.


Azərbaycanın regionlarından Qazax zonası daha bərk süxurları olan torpaqlara malikdir. Orada monitorinq keçirmişik, divarları Qız qalasının divarlarına bənzəyən qalalar var. Həmin abidələrin bənzərləri Gürcüstanda istiqamətində də var. Tarixi çox qədim olan bu ərazilərin relyefi dözümlüdür. Çünki dənizdən kənardırlar, axan çaylar süxurların möhkəmliyinə təhlükə deyil. Qazax ərazisində vaxtilə iri bir göl olub, sonradan quruyub. Həmin yerlər yaşayış massivi salmaq üçün idealdır.


Xəzər sahilinin cənuba doğru hissələrində isə çökmələrlə bağlı ciddi problemlər yoxdur. Amma yeraltı suların qalxması təhlükəsi yaşanır. Sadəcə, hündür binalar olmadığına görə fəlakətlər yüngül müşahidə olunur. Məktəblərin, ikimərtəbəli binaların çat verməsi və s. kimi proseslər cənub rayonlarında artıb. Lənkərana yaxın regionlarda da çatvermələr, fundamentlərin dözümsüzlüyü, sürüşmələrin qalması tez-tez olur.


Qeyd etməliyəm ki, Salyan zonasında da süxurların xassəsini dəyişməsi, yeraltı suların qalxması özünü biruzə verir. Bu ərazi dənizə yaxın olmasa da sürüşmə təhlükəsi ilə üz-üzə qala bilər”.

Son xəbərlər