Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə dələduzluq edən Gəncə sakini saxlanılıb

11.10.2018 16:45 3 973
Mingəçevirdə dələduzluq edən Gəncə sakini saxlanılıb
Median.Az xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxarıb, mənimsəyən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Əzizov saxlanılıb.

Məlum olub ki, o şəhər sakini olan bir kişinin və qadının bank hesablarından 200 və 132 manat pul çıxararaq, ələ keçirib.

Mingəçevir ŞPŞ İstintaq bölməsində araşdıma aparılır.

Son xəbərlər