Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü |
Mojo.az Avto
Mojo.az Avto

Qonşusunu zorlamaq istədi, tutularkən intihara cəhd etdi

06.10.2018 14:08 5 520
Qonşusunu zorlamaq istədi, tutularkən intihara cəhd etdi
Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov oxu.az-a açıqlamasında bildirib ki, Balakən rayon sakini olan bir qadın Polis Şöbəsinə müraciət edərək, gecə saatlarında qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib:

Qadın bildirib ki, hay-küy saldıqdan sonra evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb.

“Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o, evdə olmadığı və mobil telefonunu söndürdüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq, xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib.

Bu məqsədlə onu polis avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”, - deyə E.Zahidov qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər