Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı |
Mojo.az Avto
Mojo.az Avto

Regionlarda oğulruğa görə 8 nəfər saxlanılıb

03.10.2018 17:33 5 651
Regionlarda oğulruğa görə 8 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabr ayında 5 evdən pul və qızıl əşyalar oğurlayan Corat qəsəbə sakini Süleyman Süleymanlı saxlanılıb.

Bundan başqa, Nizami RPİ-nin əməkdaşları istintaq-axtarış tədbirləri nəticəsində, bu il fevralın 7-dən sentyabrın 28-dək olan müddətdə rayon ərazisindəki 6 həyətyanı sahədən pul,
1 baş qoyun və ev quşları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Eyvazovu saxlayıblar, Şəmkir RPŞ əməkdaşlarının əməliyyat tədbirləri ilə sentyabrın 29-da, rayon sakini Ədalət Verdiyevə məxsus fermadan 26 baş qoyun oğurlayan rayon sakini Rövşən İsmayılzadə və Ağdam rayon sakini Tahir Hətəmov saxlanılıblar, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 2-də rayon ərazisindəki evdən 1500 manat və 5000 manat dəyərində qızıl əşyalar oğurlayan Dəllər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Cəfərov saxlanılıb, Bərdə RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də, rayon sakini Nərminə Nəbizadənin həyətyanı sahəsindən 28 ev quşu oğurlayan rayon sakini Etibar Quliyev saxlanılıb, Ağsu RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 1-də rayon sakini C.Qədimovun bank hesabından 210 manat pulunu çıxararaq oğurlayan şəhər sakini Vidadi Qədimov saxlanılıb, Göyçay RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 30-da kompyuter oyunları salonundan pul, 6 ədəd oyun aparatı, 16 ədəd pult və 1 ədəd noutbuk oğurlayan Sumqayıt şəhər sakini Fərid Hacıyevi saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər