23:02 Bazar günü 23 dərəcə isti olacaq  |     22:46 Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb  |     22:31 Arazdəyən-Naxçıvan dəmir yolu xəttinin bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirilib  |     22:21 Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər  |     22:13 Hidayət Heydərov çempion oldu  |     21:52 Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazdı - FOTO  |     21:47 Ukraynada daha bir azərbaycanlı həlak oldu  |     21:35 Rusiyadan İrana yola düşən ilk yük qatarı limana çatdı  |     21:22 Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak edib  |     21:00 Xankəndidə Zəfər atəşfəşanlığı  |     20:59 "Formula-1": Braziliyada sprint yarışının qalibi bəlli oldu  |     20:40 Qalmaqallı direktorun yerinə yeni təyinat  |     20:33 Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?  |     20:26 Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək  |     20:24 Azərbaycanlı atıcıdan yeni dünya rekordu  |     19:45 Paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika (SİYAHI)  |     19:42 Bu gün Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq  |     19:36 Romada Azərbaycan vətəndaşı itkin düşüb  |     19:12 Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb  |     19:03 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |    

Azərbaycanda uşaq ensiklopediyasında biabırçı səhv - Dünyada 7 materik var imiş... - FOTO

Azərbaycanda uşaqlar üçün çap edilən ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib.

Median.Az
-ın Trend-ə istinadən məlumatına görə, hazırda da kitab dükanlarında satılan, 400 səhifəlik "Bunları bilmək istəyirəm!” adlı illüstrasiyalı intellektual ensiklopediya 2013-cü ildə "Turan Evi” nəşriyyatı tərəfindən hazırlanıb. Ensiklopediyanın arxa üzündə isə "Şərq-qərb” nəşriyyatının adı qeyd edilib.

Adıçəkilən ensiklopediyada materiklər haqqında belə məlumat verilib: ”Materik böyük quru sahədir. Bizim planetdə cəmi yeddi materik və ya kontinent var: Afrika, Antarktida, Avropa, Asiya, Avstraliya, Cənubi Amerika, Şimali Amerika”.

"Şərq-qərb” nəşriyyatından bildirilib ki, onlar bu kitabda yazılan məlumatlara görə məsuliyyət daşımırlar. Çünki onlar yalnız "Turan evi" tərəfindən hazırlanmış vəsaiti nəşriyyatın mətbəəsində nəşr ediblər.

Məsələ ilə bağlı "Turan evi" nəşriyyatı ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstututunun direktor müavini Məhərrəm Həsənov isə bildirib ki, kitabda materiklərlə bağlı verilən məlumat səhvdir və bu məlumatlar uşaqları caşdırır:

"Planetdə 7 deyil, 6 materik var və son illər ərzində də dünya elmi tərəfindən yeni materik kəşf edilməyib. Kitabda materik və qitələr bir-biri ilə qarışdırılıb. Hazırda planetdə Afrika, Antarktida, Avstraliya, Cənubi Amerika, Şimali Amerika və Avrasiya materikləri var. Ensiklopediyada materik kimi qeyd edilən Avropa və Asiya isə qitədir. Ümumilikdə Avropa, Asiya, Amerika, Avstraliya, Afrika və Antarktida planetdəki qitələrin adlarıdır. Yaxşı olardı ki, nəşriyyatlar coğrafi məlumatların səhv getməməsi üçün bizimlə məsləhətləşsinlər. Biz onlara yardım etməyə hazırıq. Bu əməkdaşlıq həm də onların xeyrinə olar, çünki belə olduqda onların da vəsaitlərində səhv məlumatlar getməz”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 788 29.09.18 15:22