Mojo.az Banner
14:16 Küveytdə neft emalı zavoduna edilən PUA hücumu yanğına səbəb oldu  |     13:57 Rusiya Silahlı Qüvvələri Ukraynda iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     13:44 Bakıda icra hakimiyyətində müşavirə: DÖRD MƏMURA XƏBƏRDARLIQ edildi  |     13:26 Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarıldı  |     13:13 Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb  |     13:12 Tailandın yeni rəhbəri bəlli oldu  |     12:50 DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti yenidən uzadılıb  |     12:45 Sabahdan 11 günlük tətil başlayır  |     12:28 Ucarda əməliyyat - Saxlanılanlar var  |     12:26 Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlanıb  |     12:09 Torpaq zəbt edənlərə XƏBƏRDARLIQ  |     12:00 Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?  |     11:32 Bəzi təhsil müəssisələrinin təmirinə 6,5 milyon manat xərclənəcək  |     11:31 QMİ Ramazan bayramı ilə bağlı fətva verdi  |     11:24 İsrail ordusundan İranın hücumu ilə bağlı üçüncü XƏBƏRDARLIQ  |     11:20 İranda yanvar etirazlarının üç iştirakçısı edam edildi  |     11:11 Mövlam Şixəliyevin pensiyası da kəsildi  |     23:03 Baksol yolunda baş verən yanğının zərəri nə qədərdir? - Video  |     22:55 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi  |     22:25 Dilimlənmiş çörək almayın - SƏBƏB  |    
Left Banner
Right Banner

Sabahki mitinqin təşkilatçılarına xəbərdarlıq edildi

28.09.2018 15:13 1 463
Sabahki mitinqin təşkilatçılarına xəbərdarlıq edildi
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib.

Bu brədə idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov “report”a açıqlamasında bildirib. O, vurğulayıb ki, bu gün mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib.

General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər.

Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir.

Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.

Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.


Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.скачать dle 11.3
Mojo.az Banner