Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Tanımadığı şəxsləri öldürməyə cəhd edən gənc cəzasının azaldılmasını istəyir

27.09.2018 14:26 5 018
Tanımadığı şəxsləri öldürməyə cəhd edən gənc cəzasının azaldılmasını istəyir
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Orxan Cəfərovun (1997-ci il təv.) CM-nin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürməyə cəhd) və 29,120.2.7-ci ( iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, ötən il sentyabrın 18-də Orxan Cəfərov qardaşı Vüsalın övladının məktəbə getməsi ilə bağlı keçirilən məclisdə iştirak edib. Spirtli içki qəbul edən Cəfərov evə qayıdarkən Müşviqabad qəsəbəsində, əvvəlcədən tanımadığı Rəvan İsgəndərov və Emil Əhmədovla rastlaşıb. Belə ki, səki ilə hərəkət edərkən onlar təsadüfən Orxanın çiyininə toxunublar. Buna görə aralarında mübahisə baş verib.

Cəfərov cibindən bıçaq çıxarıb İsgəndərova 2, Əhmədova isə 1 zərbə vurub, sonra hadisə yerindən qaçıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Cinayəti törədən şəxs Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tutulub və istintaqa təqdim edilib.

Məhkəmə prosesində O.Cəfərov ittiham üzrə özünü qismən təqsirli bilib və zərərçəkmişləri öldürmək istəmədiyini qeyd edib. Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən şikayət və tələbləri olmadığını, aralarında barışıq imzalandığını bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumt veriləcək.

Son xəbərlər