Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün Azərbaycanda Neftçilər günüdür

20.09.2018 11:56 5 141
Bu gün Azərbaycanda Neftçilər günüdür
Bu gün Azərbaycanda üç neft-qaz - “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasının 24 illik yubileyi qeyd edilir. Bu sənəd iri enerji layihəsinin başlanğıcı oldu.

20 sentyabr 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında “Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından 1 il sonra baş verdi.

Bütün dünyanı riqqətə gətirən bu müqavilədə Amoco, Unocal, Pennzoil, Exxon, McDermott, Britaniyadan British Petroleum və Ramco, Norveçdən Statoil, Rusiyadan LUKoil, Türkiyədən TPAO, Delta Oil Səudiyyə Ərəbistanından, Yaponiyadan İtochu şirkətləri iştirak etdi. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edirdi.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra onun iştirakçıları iş strukturları yaatdılar – İdarə Komitəsi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AMOK) və Konsultasiya Şurası.

“Əsrin müqavbiləsi” adı təsadüfi deyil – o ölkəmizin həyatında yeni bir dövrə işarə idi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu.

Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı bu layihələr, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir.

İlk neft “Əsrin müqaviləsi” imzalandıqdan 3 il sonra çıxarılıb.

“Azəri-Çıraq-Günəşli”də neft çıxarılmasının artırılması yeni yataqların istismara verilməsi ilə əldə edildi. “Çıraq” yatağında neft hasilatı 1997-ci ildən, “Mərkəzi Azəri”də - 2005-ci ildən, “Qərbi Azəri”də 2006-cı ilin əvvəlindən, “Şərqi Azəri” – 2006-cı ilin sonundan başlayıb. “Günəşli” yatağının dərin sulu hissəsində hasilat 2008-ci ilin ortalarından başlayıb.

Bundan sonra Azərbaycanın neft-qaz potensialı bütün dünyaya təqdim edildi. Bakı-Novorossiysk və Bakı-Supsa kəməri ilə neft ötürmələri başladı, Bakı-Ceyhan neft kəməri tikildi. Beləliklə də Qara, Xəzər və Aralıq dənizi regionlarında əməkdaşlıq başladı. Sonra isə Azərbaycan tranzit ölkə rolunu oynamağa başladı.

Neft hər zaman ölkə iqtisadiyyatımızda həlledici rol oynayıb. Amma məlum olduğu kimi sovet dövründə Azərbaycan neft-qaz sənayesinin əksər müəssisələri birbaşa Moskvaya tabe idi, bu isə Azərbaycanın “qara qızılı” və “mavi yanacağı”nın satışından heç bir gəlir almaması demək idi.

“Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sənayesini dirçəltdi, ölkənin enerji təhlükəsizliyini təmin etdi, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafına təkan oldu, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı.

Amma “Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə dedilən maddi gəlirlərlə məhdudlanmır. Bu müqavilənin sayəsində Azərbaycan özünü xarici investorlarlar üçün etibarlı ölkə kimi tanıtdı, bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açdı.

“Əsrin müqaviləsi” sayəsində Azərbaycan yalnız öz enerji təhlükəsizliyini təmin etməklə qalmayib, eləcə də Avropanın enerji təhlükəsiziliyinin təminatında iştirak etməyə hazırlaşır.

Qeyd edək ki, məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün Azərbaycanda neft sahəsində çalışanlar öz peşə bayramları – Neftçi gününü qeyd edirlər.

Son xəbərlər