Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Kamera yoldaşının qətlində təqsirləndirilən şəxsə bəraət verilib

19.09.2018 17:36 4 236
Kamera yoldaşının qətlində təqsirləndirilən şəxsə bəraət verilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Elman İbrahimovun (1988-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 24-də Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Ağır xəsarət alan sonuncu Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Xətai rayon prokurorluğunda CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə bəraət verilib. Məhkəmənin bəraət qərarını eşidən Elman İbrahimov huşunu itirib, məhkəmə nəzarətçiləri onu ayıldıblar. O, iclas zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən proseslərdə ifadə verən E. İbrahimov bildirib ki, heç kimi öldürməyib: "Mən kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra Çingizi kameraya gətirdilər, o otaqda gəzəndə, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, az sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər. Sonra bildim ki, Çingiz ölüb".

Son xəbərlər