Mojo.az Banner
20:31 İsrail Tehranın Mehrabad hava limanında 16 təyyarənin məhv edildiyini açıqlayıb  |     20:24 Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı  |     20:18 “Şəfa”nın yeni prezidenti AÇIQLANDI  |     20:11 İraq kürdlərindən İranla bağlı ŞOK QƏRAR  |     20:04 XİN məlumat yaydı  |     19:55 Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının XİN rəhbərlərini qəbul edib  |     19:43 Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı  |     19:42 Tramp: "Üç gün ərzində İranın 42 hərbi gəmisini məhv etdik"  |     19:27 Naxçıvan aeroportunun yaralı əməkdaşı İranın dron hücumundan danışdı - Video  |     19:09 Metroda cibgirlik edən şəxs saxlanılıb  |     18:29 Bakıda evində dini yığıncaqlar təşkil edən şəxs SAXLANILDI  |     18:22 Dubay aeroportunda bəzi uçuşlar bərpa olundu  |     18:14 Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı  |     17:39 İsrail Livanda "Hizbullah" hədəflərinə və "Radvan" komandirlərinə zərbələr endirdi  |     17:28 Ağ Şəhərdə metro nə vaxt açılacaq? - Video  |     17:20 Ceyhun Bayramov İstanbulda Hakan Fidanla görüşdü  |     16:55 İrandan Azərbaycana təxliyə edilən səfir: "Hərbi əməliyyatlar başa çatana qədər Bakıda qalacağıq"  |     16:30 Şəmkirdə 16 yaşlı qız ANA OLDU: Ataya cinayət işi açıldı  |     16:22 Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb  |     16:21 Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib  |    
Left Banner
Right Banner

14 yaşında hamilə qalan qızın başına nələr gəldi? — Bakıdakı cinayətin TƏFƏRRÜATI

17.09.2018 17:51 2 868
14 yaşında hamilə qalan qızın başına nələr gəldi? — Bakıdakı cinayətin TƏFƏRRÜATI
Xəzər Rayon Məhkəməsində 16 yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsin məhkəməsi başlayıb.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Həsənov Arzuman Zeynulla oğlunun məhkəmə prosesinə hakim Tərlan Əkbərov sədrlik edəcək.

Xatırladaq ki, bu ilin iyun ayında Lerik sakini Möhtəmən Sadıxov Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıxovanın anası tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yayıb.

Bundan sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıxovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb.

Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb.

İyunun 27-də qızın anasından və Möhtəmən Sadıxovdan izahat alıb.

Möhtəmən Sadıxov isə bildirib ki, Leylanın öz atası deyil, keçmiş həyat yoldaşının birinci nikahdan olan övladıdır. Amma 6 aylıqdan uşağa özü baxıb, ona adını, soyadını verib. Leylanı doğma övladlarından ayırmayıb.

Xatırladaq ki, 14 yaşlı Leyla Sadıxovanın atası Möhtəmən Sadıxov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi.

Suraxanı rayonu İcra Hakimiyyətinin azyaşlılar və yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyasının əməkdaşları Hövsanda 14 yaşlı qızın toyunun təyin olunduğu şadlıq sarayında olublar və iyulun 1-nə təyin edilmiş toyun keçirilməsinin qanunsuz olduğunu onlara çatdırıblar.скачать dle 11.3
Mojo.az Banner