Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dəhşətli qətlin üstü açıldı - RƏSMİ

12.09.2018 11:51 5 247
Azərbaycanda dəhşətli qətlin üstü açıldı - RƏSMİ
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunda törədilmiş ağır cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci il sentyabrın 4-də Quba rayon sakini İlqar Fərhadov hüquq-mühafizə orqanlarına müraciət edərək qardaşı, Beyləqan rayonunun Türklər kəndindəki fermanın ərazisində tikdirdiyi evdə yaşayan və heyvandarlıqla məşğul olan İldırım Fərhadovun cari il iyul ayının 28-də Rusiya Federasiyasının Yessentuki şəhərinə istirahətə getdiyini və ötən müddət ərzində ondan məlumat ala bilmədiyini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və onun respublikanı tərk etmədiyi müəyyənləşdirilib.

Araşdırmalar zamanı İ.Fərhadovun qeyri-rəsmi nikah münasibətində olduğu Əzizə Sadıqovanın sahibkarın itkin düşməsilə birbaşa əlaqəsinin olmasına əsaslı şübhələr yaranıb.

Azərbaycanda kişi sevgilisinin sifarişi ilə qətlə yetirildi

Sentyabrın 9-da Bakı şəhərində saxlanılmış Ə.Sadıqova təkzibedilməz sübutlar və şahid ifadələrindən sonra İ.Fərhadovun cari il iyul ayının 26-da sonuncuya məxsus fermada Beyləqan rayonunun Dünyamalılar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahsuvar Əsədov tərəfindən odlu silahla qətlə yetirildiyini və elə həmin ərazidə basdırıldığını etiraf edib.

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd "İJ-16” markalı tüfəng maddi sübut kimi götürülüb. İldırım Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyatı üzrə təhvil verilib.

Faktla əlaqədar Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Hər iki şəxs istintaqa ifadəsində bu ağır cinayəti tamah məqsədilə törətdiklərini etiraf ediblər.

Son xəbərlər