Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu dərmanların istifadəsi qadağan edildi - SİYAHI

04.09.2018 13:58 4 030
Bu dərmanların istifadəsi qadağan edildi - SİYAHI
Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

AQTA-dan verilən xəbərə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.

Qeyd olunan məhsulların siyahısı ilə Əlavə 1-də tanış ola bilərsiniz.

Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, Əlavə 2-də adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir. Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Əlavə 1 
İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar

 

Əlavə 2
Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri
 

 
 

 

 

 
скачать dle 11.3

Son xəbərlər