Mojo.az Banner
23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |     22:59 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq"  |     22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |     22:18 Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |     20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |     20:09 Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi  |     20:02 Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı  |     19:57 Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq?  |     19:52 Alimlər çovdar çörəyinin orqanizm üçün gözlənilməz faydasını açıqladı  |     19:43 Ebola virusundan ölənlərin sayı artır  |     19:38 Simonyan məhkəmədə Köçəryana qalib gəldi  |     19:30 Çaylardan sel keçəcək - Xəbərdarlıq  |     19:24 "Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB  |     19:15 İrəvandan sonra Bakıya gələcək  |     19:10 Azərbaycanda həbsdə evlənənlərin sayı açıqlandı  |    
Left Banner
Right Banner

Bakıda sevgilisini ayağı ilə boğan şəxsin apellyasiya məhkəməsi başlayıb

28.08.2018 12:49 6 494
Bakıda sevgilisini ayağı ilə boğan şəxsin apellyasiya məhkəməsi başlayıb
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Fərhad Şaqalıyevin (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəlləri ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, bu gün ilkin baxış keçirilib.

Xatırladaq ki, ötən il oktyabrın 24-də Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsi 4, mənzil 3-də sərxoş vəziyyətdə olan Fərhad Şaqaliyev qeyri-rəsmi yaşadığı Gülnarə Sadıqovanı (1982-ci il təv.) boğaraq, öldürüb. Hadisə qadının azyaşlı oğlunun gözü qarşısında baş verib. Qətldən sonra Şaqalıyev Sabunçu RPİ 13-cü polis bölməsinə təslim olaraq, hadisə barədə məlumat verib.

İstintaqın gedişatında məlum olub ki, Fərhad Şaqaliyev bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova üçün Bakıxanov qəsəbəsində ev kirayələyib. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən də aralarında tez-tez mübahisələr baş verib. Ayın 24-də növbəti münaqişə zamanı Şaqaliyev Sadıqovanı döyüb. Yerə yıxılan qadın onu söydüyü üçün Fərhad, ayağını onun boğazına dirəyərək boğub.


Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.скачать dle 11.3
Mojo.az Banner