Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Hakim köməkçisi və məktəb direktorundan hədə-qorxu ilə pul tələb edən müəllimin cinayət işi — TƏFƏRRÜAT

22.08.2018 15:45 2 706
Hakim köməkçisi və məktəb direktorundan hədə-qorxu ilə pul tələb edən müəllimin cinayət işi — TƏFƏRRÜAT
Zaqatala rayonunda vəzifəli şəxslərdən hədə-qorxu yolu ilə pul tələb edən orta məktəb müəllimi Ali Məhkəməyə müraciət edib.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum olunan Mahmudov Qılman Rüfət oğlunun məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Qeyd edək ki, 21 avqust 2017-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1982-ci il təvəllüdlü Mahmudov Qılman Rüfət oğlu 6 (altı) il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsidə 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Belə ki, o, qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etmə və onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən özgənin əmlakını hədə-qorxu ilə tələb edib.

Qılman Mahmudov 2016-cı ilin mart- may ayları ərzində özünün istifadəsində olan 070-659-98-98 mobil nömrəyə quraşdırılmış telefondakı “WhatsApp” vasitəsi ilə əvvəldən tanıdığı Zaqatala Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyən Əliyev Elvin Tofik oğluna hədə qorxu gəlib. Q.Mahmudov E.Əliyevin istifadəsində olan 055-272-22-12 mobil nömrəsinə quraşdırılmış telefonun eyni adlı xidmətinə avtomat şəkli göndərməklə mətn hissəsində “biçəsiyəm” məzmunlu sms yazıb, hədənin təsirini gücləndirmək üçün həmin ərəfədə profil şəklinə tapança və tüfənglə çəkilmiş fotoşəkillər qoyub. Həmçinin onun barəsində Ədliyyə Nazirliyinə rüşvət almasına dair şikayətlər edib haqqında rüsvayedici məlumatlar yaymaqla şərləyəcəyi ilə hədələyərək sonuncudan hədə-qorxuilə 1000 (bir min) manat məbləğində pul tələb edib.

Bundan başqa, Mahmudov Qılman Rüfət oğlu 2016-cı ilin iyul ayında təkrarən qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müəllim işlədiyi Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Qarayev Ramin Davud oğluna diplomunun saxta olması, hərbi biletinin olmaması, habelə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməklə haqqında rüsvayedici məlumatlar yayaraq işləməyə qoymayacağını bildirib və ondan hədə-qorxu ilə 500 (beş yüz) manat məbləğində pul tələb edib.

Son xəbərlər