Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İnsanların etibarından istifadə edən dələduz saxlanıldı

22.08.2018 14:09 2 855
İnsanların etibarından istifadə edən dələduz saxlanıldı
Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən xəbərə görə, avqustun 21-də Sabirabad rayon Ulacalı kəndində yaşayan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən Kapital banka məxsus bankomatdan təqaudünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.

Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. Saxlanılan şəxsin oxşar cinayətlərdə də iştirakı istisna edilmir.

Əgər İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (021)2355203 şəhər və (070)2055203 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner