Mojo.az Banner
15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |     13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |     13:21 Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü  |     13:19 Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO  |     13:16 Bakıda fərdi yaşayış evi yandı  |     23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |    
Left Banner
Right Banner

Bakıda “avtobus manyakı” peyda olub - Sərnişinləri ölümlə hədələyir - Video

17.08.2018 12:57 2 644
Bakıda “avtobus manyakı” peyda olub - Sərnişinləri ölümlə hədələyir - Video
Bakıda sərxoş şəxsin mütəmadi olaraq marşrut avtobuslarında sərnişinləri hədələməsi barədə məlumat yayılıb.

"Xaliq Faiqoğlu” şirkətindən verilən məlumata görə, son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.

Belə ki, 199 saylı marşrut xəttinin "Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır. Həmçinin "avtobus manyakı” sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilmiş dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.

Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.

İstismarçı şirkət tərəfindən həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edilib.//azxeber.comскачать dle 11.3
Mojo.az Banner