Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə yeni terror aktları planlaşdıran şəxs məhv edilib

13.08.2018 12:35 8 313
Gəncədə yeni terror aktları planlaşdıran şəxs məhv edilib
Gəncə hadisələrinin iştirakçısı, 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat tədbiri zamanı o, silahlı müqavimət göstərdiyindən məhv edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məıumat daxil olub.

Radikal dini cərəyanlara meyilli Muraz Rəhimov 2012-ci ildə Bakı şəhərində keçirilmiş “Evrovision” mahnı müsabiqəsi öncəsində paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun yaşadığı mənzildən qumbara aşkar olunduğuna görə məhkum edilib.

O, cəzaçəkmə müəssisəsində olarkən qadağan olunmuş əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunub.

Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən “Müsəlman Birliyi Hərəkatı”na qoşularaq daha aqressiv mövqe göstərməyə başlayıb, 10 iyulda Gəncə şəhərində törədilmiş iğtişaşlarda iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlib, müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib.

Müəyyən edilib ki, Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırıb.

Son xəbərlər