Mojo.az — elanlar
Son Xəbərlər
22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Elçin Quliyev at çapan 9 yaşlı qızı qəbul etdi — FOTOLAR

11.08.2018 14:05 2 876
Elçin Quliyev at çapan 9 yaşlı qızı qəbul etdi — FOTOLAR
Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığını nümayiş etdirən video görüntülər paylaşılmaqdadır.

Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən bu video ilə maraqlanılıb və həmin materialda görüntülənən 9 yaşlı Gülay və onun atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşmış Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya Prezidenti ilə görüşə dəvət olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Gülay və onun atası ilə görüşüb.
Səmimi keçən görüşdə Gülay at sürməyə 4 yaşından başlamasını, atçılıq idmanına böyük maraq göstərməsini, gələcəkdə atçılıq idmanı ilə peşəkarcasına məşğul olmağın ən böyük arzusu olmasını bildirib.

Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi bildirilərək, at sürmə zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin mütləq vacibliyi izah olunub.

General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.//olke.az





Son xəbərlər