Mojo.az Banner
22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |     20:34 Xalq artisti: “Özümü 50 yaşında kişi kimi hiss edirəm”  |     20:29 Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?  |    
Left Banner
Right Banner

2 manatlıq xidməti turistə 20 manata təklif edirlər – Video

09.08.2018 16:31 2 467
2 manatlıq xidməti turistə 20 manata təklif edirlər – Video
Azərbaycana gələn xarici turistlərin sayı hər il daha da artır və gələn qonaqları növbəti dəfə ölkəyə cəlb etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır.

ARB TV xəbər verir ki, bir çox hallarda xarici turistlər, elə yerli qonaqlar işbazların göstərdiyi xidmətlərə görə qiymət oyunlarının qurbanı olurlar.

Taleh Sultanov – Turizm İnformasiya Mərkəzinin əməkdaşı: “Qubaya gələn turistlərin sayı təxminən 25% artmışdır. Bunlar əsasən Qubanın dağlıq kəndlərinə üz tutan turistlərimizdir. Demək olar ki, qubanın 45-ə yaxın turizm istirahət mərkəzi vardır ki, burda da hər bir şərait yaradılmışdır”.

Qubaya gələn turistlər daha çox Qəçrəş, Xınalıq, və Çənlibel gölü adlanan turizm məkanlarında istirahət etməyə üstünlük verirlər. Amma kilometrlərlə məsafə qət edərək gələn əcnəbilər təbiətdən zövq alsalar da, məyus olduqları məqamlar da az deyil.

Fayez Əbdülhəmid – Turist: “Səfərimin ilk günü Bakı şəhəri ilə tanış oldum. Bakı qədim şəhərdir. Nizami küçəsini bəyəndim. Bu gün isə Qubaya gəldik. Buranın təbiəti ilə yaxından tanış oluruq. Otellər və restoranlarda qiymətlə normaldır. Amma bir sıra xismətlərin bir az ucuz olması yaxşı olar.

Qubanın mərkəzindən təxminən 14 kilometr aralıda yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edirlər. Burada qonaqlara təklif edilən qayıqla gəzinti yerli turistlər üçün 2 manat olduğu halda, xarici turistlər üçün 5 manatdır. Hələ turist ərəb olarsa, bu qiymət bir nəfər üçün 20 manatadək qalxa bilir. Ekspertlər bildirirlər ki, sahibkarların xarici turistlərə həddindən artıq qiymət oxumaları qanunsuz olmaqla yanaşı, birbaşa onların özlərinə ziyandır.

Həzrətqulu Əhmədov – Turizm eksperti: “Hər bir xidmət obyektində, kafedə, restoranda menyu, kalkulyasiya cədvəli olmalıdır. Demək olar ki, Qubanın əksər ictimai iaşə müəssisələrində ya menyu ya da kalkulyasiya cədvəli yoxdur. Bir çaynik çay 15 manata. Bir şiş kabab 8 manata. Kassa aparatı və ya digər bir ödəniş aparatının olmaması təsüf doğurur.

Turizm ekspertləri ictimai nəzarət postlarının yaradılmasını təklif edirlər. Restoranlarda menyuların hazırlanmasına və tətbiq edilən qiymətlərə güclü nəzarət edilməlidir ki, Azərbaycan digər turizm ölkələri arasında nüfuzunu artıra bilsin.

Həzrətqulu Əhmədov – Turizm eksperti: “Bunun üçün ictimai nəzarət dövlət nəzarəti ilə birgə həyata keçirilməlidir. Həmin müəssisələrin yaxınlığında ictimai nəzarət postları olmalıdır, məntəqələri olmalıdır. Şikayəti olan, təklifi olanlar ora müraciət edə bilsinlər. Çünki əlçatmaz bir yerdə, hansısa gölün, müşənin, çayın kənarında köməksiz qalmış turist ancaq məcbur olub o əlavə pulu ödəməyə vadar olur”.

Hər halda bu gün 5 manat artıq qazanmaq istəyən sahibkarlar bilməlidir ki, bu gəlirin daimi olması üçün turistləri aldatmaq yolverilməzdir. Xüsusilə də, əcnəbi turistləri. Heç kim bir dəfə aldadıldığı yerə ikinci dəfə üz tutmur.

скачать dle 11.3
Mojo.az Banner