Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi |
Mojo.az Avto
Mojo.az Avto

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

09.08.2018 16:16 4 792
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu RPŞ-nin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abbasovu saxlayıblar. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 620 qram qurudulmuş marixuana aşkar edilərək, götürülüb.

Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayonunun Səmidxan kənd sakini Yadigar Süleymanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilib.

Tərtər RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buruc kənd sakinləri Rasim Şahsuvarova məxsus həyətyanı sahədən 23 ədəd çətənə kolu və 7,498 qram marixuana və Müşfiq Əliyevin evinə baxış zamanı oradan 8,648 qram marixuana, 511,96 qram tiryək və 26,125 qram heroin aşkar ediblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Son xəbərlər