Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb - TƏFƏRRÜAT (VIDEO)

08.08.2018 13:13 4 893
Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb - TƏFƏRRÜAT (VIDEO)
Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.

Median.Az
-ın məlumatına görə, hadisə gecə saatlarında Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib. Polisə məlumat daxil olub ki, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayev ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Çox çəkməyib ki, polis, müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub. Coşqun Xanbabayev ağır xəsarət aldığından çoxlu qan itirib. Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Yaralı cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Coşqun Xanbabayevin hazırladığı Rövşən İsgəndərov bu il keçirilən qəbul imtahanında yüksək bal toplayıb.

Rövşən İsgəndərov barəsində bölmədə toplanan material araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq bölməsinə göndərilib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son xəbərlər