Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərhədi pozub Azərbaycana keçmək istədilər - Atəş açıldı

03.08.2018 14:38 1 720
Sərhədi pozub Azərbaycana keçmək istədilər - Atəş açıldı
Avqustun 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qul­luqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qa­çaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb.

Hadisə DSX sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub və nə­zarətə götürülüb.

Aşkar­landıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlayıb, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran ərazisinə keçiblər.

Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt "Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda "MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunub. 

Fakt üzrə DSX-nın istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb. 
 

Son xəbərlər