Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qısqanclıq zəmnində arvadını öldürən şəxs 17 il cəza alıb

02.08.2018 18:38 4 919
Bakıda qısqanclıq zəmnində arvadını öldürən şəxs 17 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rasim Çərtikovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu ilin fevral ayında Binəqədi rayonunda Rasim Çərtikov 33 il yaşadığı həyat yoldaşı Arifə Çərtikovaya bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib. Həmin gün o, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, prosesdə Rasim Çərtikov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, arvadı öz istəyi ilə dayəlik işinə başlayıb. Onun işləməsinə əvvəl razı olmayıb, 2 ay özü onu işə aparıb : "Günlərin bir günü Arifə gəlib dedi ki, gecə növbəsində işləmək istəyirəm. Buna görə dalaşdıq, küsüb atasının evinə getdi. Yaxın adamla qayınanamgilə gedib, onu evə gətirdim. Arifə ilə yalnız gündüz növbəsində işləməsi barədə razılaşdıq. Əvvəl sözünə əməl etdi, lakin sonra yenə fikrini dəyişdi, hətta Türkiyəyə getmək istəyirdi". Hadisə günü aralarında yenə də işi ilə əlaqədar mübahisə düşüb : " Arifə dedi ki, öldürsən də işdən çıxmayacağam. Əsəbiləşib, bıçağı mənə sarı atdı. Yaxınlaşıb dedim ki, niyə məni buna vadar edirsən? Mən səni öldürmək istəmirəm. Sakitləşdirib, yataq otağına apardım. Yaxınlıq etmək istədim. Mənə qayıdıb dedi ki, kişi kimi səndən həzz almıram. Bunu eşidəndə, artıq dözmədim, bıçaqla zərbələr vurdum".

Son xəbərlər