Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gəncə sakinindən psixotrop həblər və marixuana aşkar edilib

31.07.2018 16:56 6 043
Gəncə sakinindən psixotrop həblər və marixuana aşkar edilib
Median.Az xəbər verir ki, Kəpəz RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ehtiram Musayevdən 13 ədəd "lirika", 30 ədəd "tramadol" həbləri, kirayədə yaşadığı mənzildən isə əlavə 815 qram marixuana, 660 ədəd "tramadol" və 50 ədəd "lirika" həbləri aşkar edərək, götürüblər

Araşdırma zamanı E.Musayevə narkotik vasitəni satan şəxs də müəyyən edilib, onun evinə baxış zamanı 845 qram marixuana aşkar edilib.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər