Mojo.az Banner
12:19 Kolumbiya Azərbaycan da daxil olmaqla 15 ölkədə səfirliyini bağlayacaq  |     12:17 İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI  |     11:51 Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |    
Left Banner
Right Banner

Bakıda iş vaxtı narkotik qəbul edən avtobus sürücüsü həbs olundu - VİDEO

25.07.2018 13:21 5 780
Bakıda iş vaxtı narkotik qəbul edən avtobus sürücüsü həbs olundu - VİDEO
Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu adlı avtobus sürücüsü həbs edilib.

Median.Az
xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, paytaxtda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən şəxs sükan arxasında olan zaman müəmmalı və təhlükəli hərəkətlərə yol verib. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb: "O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Nəqliyyat vasitəsini idarə edən şəxs sadəcə ara-sıra yola göz gəzdirərək bir az "insaflı” davranıb. Avtobusdakı sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr edib. Bundan əlavə, sürücü nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərlə qeyri-etik danışıb. Ortaya çıxan mənzərə təxminən saat 11:15 radalərindən 11:30-a kimi davam edib".

V.Əsədov bildirib ki, iyulun 23-də yayılan xəbər dərhal nəzarətə götürülüb: "Həmin 10-XX-144 dövlət nişanlı avtobusun hərəkətinin dayandırılması ilə bağlı göstəriş verilib. Təxminən saat 15:00 radələrində paytaxtın Binəqədi rayon ərazisində Gənclik-Biləcəri istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücü Cəfər Xəndan küçəsində saxlanılıb. Saxlanılan zaman sürücünün müvafiq sənədlərini təqdim etməməsi, eləcə də, özünü şübhəli aparması yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb və həmin sürücü tibbi müayinədən keçirməyə dəvət edilib. Tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə pratokol tərtib edilib”.

Bölmə rəisi qeyd edib ki, eyni zamanda, onun sürücülük vəsiqəsinin təqdim etməməsi ilə bağlı da araşdırma aparılıb: "Məlum olub ki, həmin şəxs 09.04.2018-ci ildən etibarən sürücülük hüququndan məhrum edilib və bilərəkdən vəsiqəni təhvil verməyib. Digər bir araşdırmaya görə, onun 202 saylı marşutda müqavilə əsasında işləməsi məlum olub. Eyni zamanda onun qanunun tələblərinə zidd hərəkət etməsi və polisə tabe olmaması ilə bağlı da sənəd toplanılıb. 202 saylı marşrut üzrə işləyən 10-XX-144 dövlət nişanlı avtobusun sürücüsü, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu barəsində toplanan bütün sənədlər Binəqədi Rayon Məhkəməsinə təhvil verilib. Hakim tərəfindən çıxarılan qərara əsasən, həmin sürücü 1 ay müddətinı inzibati qaydada həbs edilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum edilib. Eyni zamanda, bütün bu hallara göz yuman kalon rəisi, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qurbanov Oktay Əlisəfdər oğlu barəsində də 15 gün inzibati həbs qərarı verilib. Onların hər ikisi tutduğu vəzifədən xaric edilib”.

Qeyd edək ki, 202 saylı marşrut xətti "Çinar Trans" MMC-yə məxsusdur.скачать dle 11.3
Mojo.az Banner