Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda İLK DƏFƏ – Sərnişinlərə ŞAD XƏBƏR – FOTO

23.07.2018 13:17 1 683
Bakıda İLK DƏFƏ – Sərnişinlərə ŞAD XƏBƏR – FOTO
Bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, Zirə sakinlərinin və bələdiyyəsinin BNA-ya çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır.

Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir.

Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır. Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.






















Son xəbərlər