Mojo.az Banner
17:41 "1000 manat borcu olanın ölkədən çıxışı məhdudlaşdırılmasın" - Deputat  |     17:30 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi  |     17:28 Xəzər akvatoriyasında balıq ovu dayandırılır  |     17:19 800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu  |     17:09 Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını bağladı  |     16:56 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar - Video  |     16:48 Gömrük 300 dollar limiti azaldacaq? - Generaldan AÇIQLAMA  |     16:40 AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ  |     16:07 Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat  |     15:56 Azərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ  |     15:43 Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlar  |     15:29 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi  |     14:37 Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK  |     14:11 Marneulidə 10 yaşlı Eldar Hüseynovun ölümünə səbəb olan sürücü saxlanılıb  |     14:02 Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı  |     14:01 Abşeronda SİLSİLƏ ƏMƏLİYYATLAR - Saxlanılanlar arasında qadınlar da var - Video  |     14:00 Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU  |     13:59 Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var  |     13:57 Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu  |     13:56 Oman Tehranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib  |    
Left Banner
Right Banner

Дали показания жители Сумгайыта, обвиняемые в краже из дома народной артистки - ФОТО

19.07.2018 18:06 4 543
Дали показания жители Сумгайыта, обвиняемые в краже из дома народной артистки - ФОТО
Bakı Ağır Cinayətlər Məhkəməsində Ruslan Verdiyev, Yunis Hüseynli, Namiq Fərəcov və Cavid Əliyevin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə), 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, ötən il avqustun 19-da naməlum şəxs və ya şəxslər Nərimanov rayonunda yaşayan xalq artisti Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Daxili İşlər Nazirliyininin (DİN) yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayətin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə daha iki nəfər- Sumqayıt şəhər sakinləri Cavid Əliyev və Natiq Fərəcov saxlanılıblar. A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə hesab edilən - heroin götürülüb.


Müəyyən edilib ki, dəstə üzvləri seyfin içindən götürdükləri pulu, həmçinin qızıl-zinət əşyaların satışından əldə etdikləri maddi vəsaiti aralarında bölüşdürüblər. Sonra isə, seyfi Sumqayıt ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

İstintaqın gedişatında, xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov zərərçəkmiş qismində tanınıblar.


İbtidai istintaq dövründə taksi sürücüsü işləyən Asif Həmidovun əməli CM-nin 307-ci ( cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və o, azadlığa buraxılıb.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ittihama münasibətlərini bildiriblər.
Ruslan Verdiyev, Yunis Hüseynli və Cavid Əliyev özlərini qismən təqsirli, Namiq Fərəcov isə tam təqsirli biliblər. Daha sonra onlar sərbəst ifadə veriblər.

İş üzrə növbəti proses ayın 30-na təyin edilib.






скачать dle 11.3
Mojo.az Banner