Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

“Azərbaycan Dəmir Yolları”nın səlahiyyətlərindən biri ləğv edildi – Hökumətdən qərar

18.07.2018 16:51 2 435
“Azərbaycan Dəmir Yolları”nın səlahiyyətlərindən biri ləğv edildi – Hökumətdən qərar
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səlahiyyətlərindən biri ləğv edilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”ında etdiyi dəyişiklikdə əksini tapıb.

Qaydaya əsasən, indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin icazəsi ilə yol verilib.

“Azərbaycan Dəmir Yolları” QSC öz səlahiyyətləri çərçivəsində dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirib.

Dəyişikliyə əsasən dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklamın yerləşdirilməsinə Dövlət Reklam Agentliyi tərəfindən icazə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirmək səlahiyyəti də ləğv olunub.скачать dle 11.3
Mojo.az Banner