Mojo.az Banner
16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |     16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |     15:49 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü - Video  |     15:22 Azərbaycana ilk qar yağacaq - Bu tarixdə  |     15:14 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     15:12 Bakıda məhkumun həbsdən əvvəl gizlətdiyi "Kalaşnikov" avtomatı tapılıb  |     13:36 Bakıda məhkuma aid silah-sursat aşkarlandı  |     13:21 Metroda gediş haqqı artırılacaq? - RƏSMİ  |     13:19 Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz  |     13:17 Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO  |     13:15 Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR  |     13:14 Tərtərdə güllələnən şəxs istixananın briqadiri imiş - TƏFƏRRÜAT (Yenilənib)  |     13:11 Yer kürəsində yeni maqnit qasırğası gözlənilir  |     13:10 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     13:09 Nepalda matəm günüdür  |     13:08 Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var  |    
Left Banner
Right Banner

Qolu sarğılı süpürgəçi qadın kimdir? - FOTO - VİDEO

18.07.2018 14:16 5 016
Qolu sarğılı süpürgəçi qadın kimdir? - FOTO - VİDEO
Bakıda qolu sarğılı küçə süpürən qadın barədə bəzi məlumatlar üzə çıxıb.

Median.Az
xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, 1941-ci il təvəllüdlü, Alaverdova Nelya 10 ilə yaxındır ki, küçə süpürür.

Uzun müddət Nizami küçəsində yerləşən köhnə ayaqqabı fabrikində işləyib. Ora bağlandıqdan sonra küçədə daşların üstündə yatıb.

Ərazidə yaşayan insanlar onu Mənzil Kommunal Təsərrüfat Birliyində işə düzəldiblər. 10 ildir ki, qadın burada işləyir və süpürgəçilərin xidməti otağında kiçik bir yerdə yaşayır.

Məlumata görə, qadın əslən iranlıdır. Atası vaxtilə Bakıda yüksək vəzifədə çalışıb və ermənilər tərəfindən öldürülüb.

Qadının yaşadığı yerə yollandıq. Lakin onu evində tapa bilmədik.

Alaverdova Nelya ilə birlikdə işləyən Güllizar Vəliyeva bildirib ki, bu gün səhər saatlarında qadın qaldığı yerdən çıxıb:

"Burada yaşadığı yerdə yıxılıb və qolunu əzib. Kömək etdik. Mənzil Kommunal Təsərrüfat Birliyindən Abbas müəllim gəlmişdi. Ona Nelyanın yıxıldığını dedik. O da dedi ki, hazırlaş, səni həkimə aparacağıq.

Özü harasa getdi və həkimi hardan tapdı, bilmirik. Qolunda sarğı ilə gəldi. Bu gün səhər saat 6-da biz işə çıxanda burada idik. Özü hara gedib bilmirik”.

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin şöbə müdiri Fərhad Qənbərov deyir ki, Nelya 2010-cu ildən 4 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində işləyir:

"Həmin ilin mart ayında bizim qurumun rəisi səhər Fikrət Əmirovun heykəli tərəfdə bir qadın soyuqdan donur. Ondan niyə burada olduğun soruşub.

Nelya bildirib ki, qalmağa yeri yoxdur. Onu süpürgəçilərin xidməti otağına gətirib. Burada yer ayırıb və əşyalarını qoyublar. Həmin müddətdən bu ərazidə işləyib və qalıb”.

Fərhad Qənbərov bildirib ki, qadın dünən icazəsiz ərazini təmizləməyə çıxıb:

"Qolu əzildiyi üçün işə buraxılmırdı. Biz ərazini təmizləməyə işçi göndərən zaman üzərlərində qurumun gödəkçəsi olur. Dünən şəkil çəkilən zaman gödəkçəsi olmayıb. Onun burada pişikləri var. Onları yemləməyə çıxıb. Əlində süpürgə olub, çəkiblər”.


 

 

 

 

 

скачать dle 11.3
Mojo.az Banner