Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtobusda biabırçılıq – sürücü ilə sərnişin əlbəyaxa oldu – RƏSMİ AÇIQLAMA

16.07.2018 16:25 1 690
Bakıda avtobusda biabırçılıq – sürücü ilə sərnişin əlbəyaxa oldu – RƏSMİ AÇIQLAMA
Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün 57 nömrəli avtobusun sürücüsünün maşını dayanacaqdan kənarda saxlamadığına görə sərnişin tərəfindən vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, insident 90 RB 868 dövlət nömrə nişanlı avtobusda baş verib.

“Sərnişinlərdən biri sürücüyə avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edib. Lakin sürücü sərnişinin bu qanunsuz tələbini yerinə yetirməyib. Bundan sonra sərnişin sürücüyə qarşı kobud ifadələr işlədərək əlbəyaxa davaya cəhd edib. İnsidentlə bağlı sürücü dərhal Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə məlumat verib”, - deyə M.Ağayev bildirib.

Qurum rəsmisi deyib ki, BNA bir daha sərnişinləri və sürücüləri bir-birinə qarşı münasibətdə etik davranış qaydalarına əməl etməyə çağırır və ictimai nəqliyyatdan istifadə edərkən müəyyən edilən qaydalara əməl etmələrini tövsiyyə edir: “BNA bununla bağlı mütəmadi olaraq həm sürücülər həm də sərnişinlər üçün müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir”.

Son xəbərlər