Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir - Bu liftlərə kim nəzarət etməlidir? - VİDEO

16.07.2018 13:02 1 918
Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir - Bu liftlərə kim nəzarət etməlidir? - VİDEO
Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir. Paytaxtdakı bəzi hündürmərtəbəli binalardakı liftlərə vaxtında xidmət göstərilmədiyindən bir çox hallarda sakinlər ya liftdə qalır, ya da günlərlə mənzillərinə piyada qalxmalı olurlar.Vətəndaşlar deyir ki, artıq təzə binalardakı liftlər də köhnəlib və vaxtı vaxtında texniki baxış göstərilmir.

Ekspertlər isə binada olan bütün texniki qurğulardan tikinti şirkətinin məsuliyyət daşıdığını deyir.Xüsusi ilə də liftlər mütəmadi istifadə olunduğundan texniki baxışın vaxtı vaxtında keçirilməsi vacibdi.

Tikinti üzrə ekspert Şirin Şərifov deyir ki, tikintini aparan şirkət mənzillər təhvil verildikdən sonra da binada liftlərin işləməsini təmin etməlidir. Bunun üçün hündürmərtəbəli binalarda yaşayan sakinlərdən komunal ödəniş də alınır.


Hüquqşunas Xəyal Bəşirov isə bildirir ki, qəza baş verən zaman onun səbəbi mütləq aidiyyatı qrumlar tərəfindən təəfərrüatlı araşdırılmalıdır. O ki, qaldı liftə baş verən qəza zamanı məsuliyyəti kimin daşımasına, hüquqşunas deyir ki, bu zaman MTK-nın hər hansı bir şirkətlə müqaviləsinin olub olmaması araşdırılmalıdır. Əgər varsa məsuliyyəti həmin şirkət daşımalıdır. Əks halda bütün məsulliyyət MTK-nın üzərində qalır. Cəza mexanizminə gəldikdə isə əgər lift qəzası zamanı kiminsə sağlamlığına ziyan dəyərsə, bu zaman məsuliyyət daşıyan şəxsi 1500-3000 manat cərimə gözləyir. Əgər hadisə zamanı ölüm faktı qeydə alınarsa, bu zaman məsuliyyət daşıyan şəxsi 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması, və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. /xezerxeber.az

Son xəbərlər