Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Deputat: Yaşı 14-dən az olan qızlar hicab geyinməməlidir

16.07.2018 12:54 6 908
Deputat: Yaşı 14-dən az olan qızlar hicab geyinməməlidir
Azərbaycan müstəqil olana qədər ənənəvi islam var idi. Biz artıq müstəqil dövlətik və dinə yanaşmamız tam fərqli olmalıdır.

Bunu millət vəkili Fazil Mustafa “Media: dini radikalizmlə mübarizə” adlı konfransda çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, dövlətin dinə yanaşması dəyişməlidir:

“Dini əhaliyə tanıtmalıyıq. Yaşı 14-dən az olan qızların hicab geyinməyinə yol vermək olmaz. Azərbaycanın tanıdığı bir neçə hicab forması olmalıdır. Ölkəyə gələn turist özünün istədiyi hicab formasını geyinə bilər. Lakin vətəndaşlar üçün bir qayda olmalıdır. Türkiyə, İran və Ərəb ölkələrində geyinilən, insanlarda xof yaradan hicab formasının ölkəmizdə geyinilməsinə icazə verilməməlidir. Cəhalətə yol veriləcək məqamlardan əhalini uzaqlaşdırmalıyıq”.

Fazil Mustafa qeyd edib ki, dövlət ibadət yerlərini təmin etməməlidir:

“Dövlət ziyarət yerlərini niyə təmin etməlidir? Dövlət məktəb açmalı, təhsil verməlidir. Hansısa bir cəhalətə aparan yerləri təmin edirik və deyirik ki, gedin ora dindən kənar öz ayinlərinizi edin. Sonra da deyirik ki, cəhalət ölkəni bürüyüb. Cəhalət bütün bunlara görə olur. Biz cəmiyyətə doğru din anlayışını izah etməliyik. Ramazan ayı boyunca Azərbaycan televiziyaların heç birində maarifləndirici veriliş yayımlanmadı. Sonra da deyirik, nə üçün Türkiyə, İranın təsiri altına düşürük.

Yerli din adamlarını efirə çıxarmaq lazımdır ki, onlar İslamı izah etsinlər. Haradakı zorakılığı təbliğ edən dini ayinlərlə bağlı təkcə dövlət inzibati qaydalarla mübarizə apara bilməz, cəmiyyət mübarizə aparmalıdır. Bir şəhərimizdə baş verən hadisə ölkənin iqtisadi imkanına nə qədər zərər vurduğunu müşahidə etdik. Səmimi şəkildə dindarlarla dialoqa getmək lazımdır. Xarici din adamlarından alınan mesajlar ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir”.скачать dle 11.3
Mojo.az Banner