Mojo.az Banner
12:34 Sahibkarlara ŞAD XƏBƏR - Nazir AÇIQLADI - VİDEO  |     12:12 Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT (Yenilənib)  |     12:01 Hoteldə iki qadına xəsarət yetirdi, qızıllarını ələ keçirdi  |     11:42 Hacıqabulda oğurluq edən iki nəfər HƏBS EDİLDİ  |     11:38 Azərbaycanda problemli kreditlər niyə sürətlə artır? – Ekspert səbəbləri AÇIQLADI  |     11:26 Əvvəlki soyadla müəllif hüququ almaq mümkündürmü?  |     11:17 Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar  |     22:56 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək  |     22:49 Bakı Dünya Çempionatına ev sahibliyi edəcək  |     22:40 Vaxtı keçmiş kosmetik məhsullar sağlamlıq üçün risk yaradır (XƏBƏRDARLIQ)  |     22:35 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi - FOTO  |     22:27 Polkovnikə vəzifə verildi  |     22:22 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video  |     22:14 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     22:07 "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu  |     22:02 "Vüsal 300"ə hökm oxundu  |     21:56 İtkin düşən aktyor ölü tapıldı  |     21:51 Sabahdan Azərbaycanda bayram tətili başlayır  |     21:43 ""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri  |     21:37 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi  |    
Left Banner
Right Banner

Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılıb

14.07.2018 17:36 1 898
Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılıb
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı şəhərinin küçə və prospektlərində kompleks tədbirlər həyata keçirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, tədbirlər çərçivəsində hazırda bir neçə ünvanda təmir-tikinti işləri aparılır. Bununla əlaqədar olaraq Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində hərəkət qismən məhdudlaşdırılıb.

Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında çatdırılması, həmçinin vətəndaşlara minimum narahatlıq yaratmaq məqsədi ilə qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Dövlət Agentliyi olaraq vətəndaşların narahatlığını minimuma endirmək üçün bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işlərinin (istisna hallar nəzərə alınmaqla) əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.скачать dle 11.3
Mojo.az Banner