Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qanunsuz hasarlama – Ağacları kəsən cərimələndi

05.07.2018 16:33 2 158
Bakıda qanunsuz hasarlama – Ağacları kəsən cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yaşıllıq ərazinin hasara alınaraq, tikinti aparılması ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan Bakı şəhər sakini Nazil Qasımov tərəfindən ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkar edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən fiziki şəxs qismində 300 manat məbləğində cərimə olunub.

Hasara alınan ərazidəki 2 ədəd Sərv ağacının qorunub saxlanması və aqrotexniki qulluq göstərilməsi məqsədilə N.Qasımova icrası məcburi olan “məcburi göstəriş” verilib.

Son xəbərlər