Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

BNA: Bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib

03.07.2018 20:01 6 252
BNA: Bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib
Təkrar baş verən elektrik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.
 
Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür.
 
İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.
 
"Yollarda hərəkətin təhlükəsizliyi üçün bütünü sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər