Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu çimərlik ağır xəstəlik yarada bilər - Qadağaya məhəl qoymayanlara xəbərdarlıq

02.07.2018 11:21 2 341
Bu çimərlik ağır xəstəlik yarada bilər - Qadağaya məhəl qoymayanlara xəbərdarlıq
Median.Az bildirir ki, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən Hövsan çimərliyində acınacaqlı vəziyyət hökm sürür. Burada dənizin suyu çirkabla doludur.

Burada çimənlərin üzərində çirki də açıq-aydın görünür. Ətrafa yayılan üfunətdən isə bu əraziyə yaxın durmaq belə qeyri-mümkündür. Ancaq nə fayda, bütün bunlara baxmayaraq vətəndaşlar dənizdə çimirlər.

Əraziyə çimməyin qadağan olunduğunu bildirən nişan qoyulmasına baxmayaraq, bu qaydaya əməl edən yoxdur.

Hövsan çimərliyində çəkiliş apardığımız zaman xüsusən də uşaqların bu çimərlikdən istifadə etməsinin şahidi olduq.

Dəniz suyu çirkli olduğundan bir neçə balığın da ölü halda suyun kənarına çıxmasını müşahidə etdik.

Yaxınlıqda yaşayan və bu çimərlikdən istifadə edən sakinlər iddia edirlər ki, dənizin suyunun bu vəziyyətə düşməsinə səbəb kanalizasiya borusunun sahilə çıxarılması olub. Borunun çıxarılması ilə məşğul olan fəhlələr isə ərazidə çəkiliş apardığımızı görüb, həmin yerdən uzaqlaşdılar.

Bəs belə vəziyyətdə dənizdə çimənlər hansı xəstəliklərə yoluxa bilərlər?

Həkim Sevindik Arazovun sözlərinə görə, çirkabla dolu belə çimərlikdə çimənlər, hətta hepatit xəstəliyinə yoluxa bilərlər. Həkim həmçinin onu da bildirdi ki, səhər saat 10-dan 16-dək 5 yaşınadək uşaqların və 65 yaşdan yuxarı insanların dənizdə çimməsi məsləhət deyil. Onlar birbaşa günəş şüalarının altında olmamalıdırlar. Şəkərli diabet, arterial təzyiq, xroniki böyrək və qaraciyər çatışmazlığı olan xəstələrin də bu qaydaya əməl etmələri tövsiyə olunur. /xezerxeber.azскачать dle 11.3

Son xəbərlər