Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü” - DƏHŞƏTLİ AÇIQLAMALAR

30.06.2018 14:47 31 693
“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü” - DƏHŞƏTLİ AÇIQLAMALAR
Kürdəmir rayonunda oğlu özünü asan ata istintaqın düzgün aparılmamasından şikayətçidir.

Median.Az
xəbər verir ki, “qafqazinfo”ya müraciət edən Vidadi Cabbarov bildirib ki, 23 yaşlı oğlu Əli Cabbarov martın 28-də Girdiman çayının üzərində yerləşən körpüdən özünü saman ipi ilə asaraq intihar edib.

O qeyd edib ki, Kürdəmir rayon prokurorluğunda istintaq aparılsa da, 3 ay ərzində ailəyə heç bir məlumat verilməyib:

“Oğlumun ölüm səbəbini açıqlamadılar. İyunun 22-də Baş Prokurorluqda qəbulda oldum, regional prokuror Natiq müəllim müstəntiq Nicat Orucova tapşırdığını dedi və mənə kömək edəcəyini bildirdi. Nicat Orucov məni qəbul edəndə bildim ki, cinayət işinə iyunun 14-də xitam verilib. Müstəntiq hər şeyi ört-basdır edib, oğlumun, guya, sevgilisinin başqası ilə nişanlanmasına görə intihar etdiyi qərarını veriblər.

Əli ölümündən əvvəl məktub yazıb və qeyd edib ki, “Ata, ana fikirləşməyin ki, hansısa qıza görə 23 yaşımda cavan canıma qıydım. 1 il bundan əvvəl etdiyim səhvin qurbanı oldum. Tay-tuşlarım səhvimi üzümə vurdu. Məni bağışlayın, Haqqınızı halal edin”.

O, intihardan əvvəl “Whatsapp”da həmkəndlimiz Sehrana yazıb ki, “Həyatda sənin də səhvin olar, Röyalın da. Görək siz neynəyəcəksiniz”.

Mesajda adı çəkilən Röyal da bizim kəndçimizdir. Əli ölümündən 1 gün əvvəl də onunla 30 dəqiqə telefonla danışıb. Son 6 ay da küsülü idilər.

Oğlumun telefon yazışmalarından görünür ki, sevgilisi olduğu deyilən qız Əliyə söyüşlə mesaj yazaraq “gör sənin başına nə oyun açacağam” deyib. Ardınca oğlum qızdan ondan əvvəl kiminlə intim əlaqədə olduğunu soruşub, o isə öz qohumu Sübhanla münasibətdə olduğunu deyib. Həmin qız sonra oğluma “öl, videonu atdım başqasına” deyə mesaj yazıb. O, Əli ilə olan videosunu kəndçilərinə yollayıb. Daha sonra Sehranla Röyal görüntülərə görə ona lağ ediblər. Əli da bu təhqirlərə dözməyərək özünü asıb. Məktubda da qeyd etdiyi bir il əvvəlki səhv həmin video ilə bağlıdır".

Bu faktlarla bağlı Kürdəmir rayon Prokurorluğu heç bir araşdırma aparmayıb. Həmin qızın başqaları ilə intim əlaqəsi olduğunu təsdiq edən mesaj yazışmaları Kürdəmir rayon Prokurorluğunda var. Bu yuxarıda göstərilənlər təsdiq edir ki, mənim oğlum sevgi məhəbbət üçün yox, kimlərinsə təzyiqi altında canına qəsd edib”.

V.Cabbarov deyib ki, Kürdəmir rayon Prokurorluğu araşdırma aparmadan qərəzli olaraq istintaqı başqa tərəfə yönəldərək oğlu Əli Cababrovun ölümü ilə bağlı cinayət işinə xitam verib.

Son xəbərlər