Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi |
Mojo.az Avto
Mojo.az Avto

Millət vəkilləri Bakı-Sumqayıt yolundakı tıxaca səssiz qalmadılar

29.06.2018 15:54 2 428
Millət vəkilləri Bakı-Sumqayıt yolundakı tıxaca səssiz qalmadılar
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında millət vəkilləri son günlər Bakı-Sumqayıt yolunda yaranan tıxac probleminə sərt reaksiya veriblər.

Deputat Fazil Mustafa bildirib ki, iki ildir “Bakıxanov” istiqamətində metro stansiyası açılacağını deyirlər:

“Amma bu iki il müddətində büdcədən metro stansiyası çəkilməsi üçün vəsait ayrılmır. Halbuki indi təsdiq etdiyimiz büdcə iki milyard artırılıb. Stansiyalar çəkilməsə, bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq.

Görürsünüz ki, Xırdalan yolu bağlanıb, hər yer iflic vəziyyətindədir. Ona görə imkan varkən metro tikintisi həyata keçirilmədir. İndi Xırdalan yolunda olan vəziyyəti görürsünüz. İnsanlar neçə saat tıxacda qalırlar”.

Deputat Fəzail Ağamalı da qeyd edib ki, 20 Yanvar-Masazır istiqamətində dəhşətli vəziyyət hökm sürür:

“Elə bir vəziyyətdir ki, söz tapıb deyə bilmirsən. Alternativ yollar da yoxdur. Həmin yol dörd il bundan qabaq çəkilib. Bir nəfər dilli-dilavər jurnalist çıxıb deyir ki, yolun təmirinə ehtiyac var idi. Mən tam məsuliyyətlə deyirəm ki, o yolda çat yox idi.

Orada pul yemək, başqa məqsədlər var idi. Mən Naxçıvanla bağlı deyə bilərəm ki, orada yüksək yol mədəniyəti var. Bakıda isə bu yoxdur. Orada yolların kənarında ağaclar, yaşıllıqlar salınıb. Mən “Azəravtoyol”a deyərdim ki, gedib Naxçıvandan yol çəkməyi öyrənsinlər”.

Spiker Oqtay Əsədov qeyd edib ki, onun da yaşadığı yer Sulutəpə ərazisidir:

“Mən də eyni əziyyəti çəkirəm. Amma yollarımıza nə olub ki?! Sadəcə, yol kənarında evlər tikilib. Yolun genişləndirilməsinə həmin evlər mane olur. Amma bu məsələnin də üzərində iş gedir”.

Deputat Cavid Qurbanov isə həmkarları tərəfindən irəli sürülən “Bakıda yaxşı yol çəkilmir” ittihamlarına cavab verib. O, həmkarlarını ədalətli olmağa çağırıb. Bildirib ki, Bakının hər bir tərəfi su ilə əhatə olunduğundan yolları genişləndirmək olmur:

“Buna görə də problemlər yaranır. Metro stansiyalarına gəlincə, biz daha çox yerüstü xətlərin çəkilməsinə üstünlük veririk. Çünki bu daha ucuz variantdır, həm də keyfiyyətlidir”.

Son xəbərlər