Mojo.az Banner
18:42 Sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı MÜRACİƏT  |     18:29 Prezidentdən Azərbaycan Ordusunun ən gənc generalı ilə bağlı SƏRƏNCAM  |     18:18 Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü  |     18:14 Əli Əsədovdan sahibkarlarla bağlı YENİ QƏRAR  |     18:02 Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb  |     17:50 Leyla Əliyeva uşaq evlərinin sakinləri üçün bayram tədbirindən paylaşım edib - Video  |     16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |    
Left Banner
Right Banner

Azərbaycanlıların bu yay üstünlük verdiyi şəhərlər – SİYAHI

28.06.2018 11:39 3 223
Azərbaycanlıların bu yay üstünlük verdiyi şəhərlər – SİYAHI
Bakıdakı turizm operatorları cari yayda ölkə xaricinə yollanmaq üçün tələbatın artacağını proqnozlaşdırırlar. Hər gün çox sayda insan tur paketlərlə bağlı informasiya almaq üçün müraciət edir.

Bununla bağlı oxu.az-a paytaxtın turizm şirkətlərindən birinin direktoru İlahə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlıların istirahət üçün ən çox seçdiyi şəhərlər bunlardır:

- Antalya (Türkiyə)

- Praqa (Çexiya)

- Bodrum (Türkiyə)

- Karlovı Varı (Çexiya)

- Marmaris (Türkiyə)

- Varna (Bolqarıstan)

Bu yay azərbaycanlılar Almaniya, İspaniya, Portuqaliya kimi Avropa ölkələrinə olan turistik marşrutları seçiblər.

Yaxınlıqda yerləşən ölkələrə gəlincə isə, Azərbaycandan olan turistlərin böyük qismi Gürcüstan və Qazaxıstana gedəcəklər.

“Həmçinin, Yesuntiki və Truskavets sanatoriyalarına tur paketlərə bu il böyük ehtiyac var.

Yay dövründə azərbaycanlılar arasında məşhur olmayan şəhər kimi Dubayı göstərmək olar. İl boyu bu şəhərə tələbat yüksək olur, ancaq yayda bura gedənlər çox azdır”, - müsahib bildirib.

Məmmədova qeyd edib ki, Rusiyada keçirilən dünya çempionatına görə bu ölkənin müxtəlif şəhərlərinə avia biletlər üçün defisitlər mövcuddur.скачать dle 11.3
Mojo.az Banner