Mojo.az Banner
17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Yüzlərlə gəncin ölümünə səbəb olan "Mavi balina" bu sosial şəbəkələrdən yayılır - Qurucusu ETİRAF ETDİ

22.06.2018 11:47 2 897
Yüzlərlə gəncin ölümünə səbəb olan
2015-ci ildə Rusiyada çıxan və 130 gəncin ölümünə səbəb olan "Mavi balina" internet oyununun qurucusundan sonra onun ortağı Nikita Nearonov da həbs edilib.

Median.Az
xəbər verir ki, oyunun qurucusu, 22 yaşlı Filip Budeikin ötən il 16 gəncin intiharına səbəb olmaqdan dolayı həbs edilmiş, lakin o, həbsdə ikən oyunun davam etdiyi ortaya çıxmışdı.

Oyunun digər bir idarəçisi olan İya Sidorovun həbs edilməsinə rəğmən, istifadəçilərə mesajların göndərilməsi davam edib. Nəhayət, polis təlimatları yönləndirən şəxsin 22 yaşlı Nikita Nearonov olduğunu təsbit edib.

Nearonovun 10 gəncin intiharında rol oynadığı və 40 nəfərlik bir qrupla oyun üzərində toplantılar təşkil etdiyi üzə çıxıb. Onun çox zəkalı gənc olduğuna diqqət çəkən polis Nearonovun ailəsinin normal olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi yüksək maaşlı bir işdə işlədiyini qeyd edib. Araşdırmalara görə, Nearonov vatsap və feysbukdan deyil, Rusiyanın sosial media platforması olan VK və Teleqramdan istifadə edərək oyunun istifadəçiləri ilə əlaqə yaradıb.

Qeyd edək ki, "Mavi balina" oyunu Rusiyada psixologiya fakultəsinin bir tələbəsi tərəfindən kəşf edilib. Oyun ilk olaraq oynayanlardan birinin 2015-ci ildə intihar etməsindən sonra gündəmə gəlib. Oyundan təsirlənərək intihar edən istifadəçilərin sayı 2015-2016-cı ildə Rusiyada 130 nəfərə çatıb.

"Mavi balina" oyunu tam 50 gün davam edir. Oyunun istifadəçiləri onlara göndərilən təlimatları sıra ilə yerinə yetirir. Son vəzifə isə intihar olur. (publika.az)скачать dle 11.3
Mojo.az Banner